Rəqəmsal Biznes Sistemləri

Veb Sayt hazırlanması, SEO, və CRM inteqrasiyası kimi həllər ilə bazarda mövqeyinizi gücləndirirəm.

YERLİ XİDMƏT
BEYNƏXALQ STANDART
Onlar əmin oldu

Bazarın əsas sektorlarında təcrübəm var.

Xidmətlər

Bütün işlərdə ən effektiv üsullar tətbiq olunur

Rəqabətcil bazarda möhkəm durmanızı təmin edirəm.

Saytların Hazırlanması

Biznesinizin tələblərinə uyğun müasir, sürətli və təhlükəsiz veb-saytlar hazırlayıram. Heç bir vasitəçi olmadan sizinlə birbaşa işləyərək brendinizi gücləndirən və müştərilərinizdə peşəkar təəssürat yaradan açar təslim sayt təqdim edirəm.

SEO xidməti

Saytınızın axtarış sistemlərində üst sıralara çıxması üçün texniki və məzmun optimallaşdırmasını fərdi yanaşma ilə həyata keçirirəm. Nəticədə hədəf auditoriyanız sizi asanlıqla tapır və real müştəriyə çevrilən ziyarətçi sayınız artır.

Korporativ e-mail quraşdırılması

Domen adınıza uyğun (məsələn, [email protected]) korporativ e-poçt ünvanları quraraq peşəkar imicinizi formalaşdırıram. Təhlükəsizliyi ön planda tutaraq e-maillərinizin hər zaman stabil və problemsiz işləməsini təmin edirəm.

CRM və Avtomatlaşdırma

Müştəri bazanızı rahat idarə etməyiniz üçün biznesinizə ən uyğun CRM sistemini qurur və rutin iş proseslərinizi avtomatlaşdırıram. Təklif hazırlamaqdan təkrar satışa qədər bütün əməliyyatlarınız daha sürətli, nizamlı və tam nəzarətinizdə olur.

Google Maps qeydiyyatı

Şirkətinizi Google Xəritə (Maps) və Axtarış sistemində rəsmi qeydiyyatdan keçirib profilinizi tam optimallaşdırıram. Beləcə, sizi yaxınlıqda axtaran müştərilər ünvanınızı, iş saatlarınızı dərhal tapır və sizinlə bir toxunuşla əlaqə saxlayır.

E-Commerce sistemi

Məhsullarınızı onlayn satmağınız üçün təhlükəsiz, sürətli və idarəetməsi asan olan e-ticarət mağazası qururam. Ödəniş sistemləri, çatdırılma və anbar idarəetməsini tam inteqrasiya edərək satış prosesinizi avtomatlaşdırmağa kömək edirəm.

Premium üslubda layihənin icrası

Biznesinizin rəqəmsal inkişafında sürət və şəffaflığı prioritet edən bir yanaşma.

Metodika

Reputasiyamı güclü saxlamaq üçün daima müştəri məmnuniyyətini prioritet saxlayıram

İlk öncə onu vurğulamaq istəyirik ki, çoxu kimi “keyfiyyətli xidmət” deyib nəticəsi olmayan iş görmürük. Əsas məqsəd müştərinin hədəfinə çatmasıdır, əvvəlcədən deyilən sözlər yox. Nəticələr isə göz qabağındadır.
01

Ehtiyacların Təhlili və Planlaşdırılması

Biznes məqsədlərinizi və ehtiyaclarınızı diqqətlə dinləyərək, qarşıdakı işlər üçün aydın və praktiki bir plan hazırlayıram.
  • Biznesinizin mövcud vəziyyətini birlikdə nəzərdən keçirirəm.
  • Hədəf auditoriyanızı və bazarın tələblərini müəyyənləşdirirəm.
  • İşlərin ardıcıllığını göstərən anlaşılan və addım-addım yol xəritəsi tərtib edirəm.
02

Həllərin Hazırlanması

Ehtiyaclarınıza uyğun kreativ və texniki həlləri hər detala diqqət yetirərək hazırlayıram.
  • Dizayn və texniki hissələri layihənin tələblərinə uyğun şəkildə birləşdirirəm.
  • İşin hər mərhələsində səliqəli və keyfiyyətli nəticə əldə etməyə çalışıram.
  • Rəy və təklifləriniz əsasında proses zamanı lazımi düzəlişləri operativ edirəm.
03

Tətbiq və Davamlı Dəstək

Hazırlanan həlli tam işlək vəziyyətə gətirir və sonrakı mərhələdə də texniki dəstək göstərməyə davam edirəm.
  • Layihəni tam şəkildə təhvil verir və işə salınmasına kömək edirəm.
  • Sistemin daha rahat işləməsi üçün faydalı təkmilləşdirmələr təklif edirəm.
  • Yarana biləcək texniki suallar və ya yeniliklər üçün əlaqədə qalıram.
Əsas məqsəd
Sizə sadəcə bir qığılcım lazımdır.

Azərbaycanda fəaliyyət göstərən şirkətlər və sahibkarlar üçün gündəlik işləri asanlaşdıran, satışları artıran rəqəmsal biznes sistemləri quran müstəqil mütəxəssisəm. Əsasən diqqətimi əl ilə görülən yorucu işləri azaltmağa, müştəri müraciətlərindən sifarişin icrasına qədər bütün prosesləri rahat idarə olunan CRM sisteminə yığmağa yönəldirəm. Bu yanaşma sayəsində heç bir müştəri sorğusu diqqətdən yayınmır, sifarişlər vaxtında idarə olunur və biznesinizin daxili iş axını qaydasına düşür.

Şablon və istifadəsi qəliz proqramlar yerinə, komandanızın gündəlik işdə rahat tətbiq edəcəyi praktiki həllər qururam. WhatsApp, sayt anketləri və zənglərlə gələn bütün müraciətləri vahid idarəetmə panelinə bağlayaraq müştəri tarixçəsini bir yerdə cəmləyirəm. Yerli bazarın iş prinsiplərinə uyğun qurulan bu sistem sayəsində işçiləriniz rutin əməliyyatlara vaxt itirmir, siz isə biznesdəki bütün prosesləri tək bir ekrandan rahatlıqla izləyə bilirsiniz.