Sadəcə sayt düzəltmirəm, işinizi asanlaşdıracaq sistemlər qururam.

Şirkətinizin müştərilər qarşısında etibarlı görünməsi, xidmətlərini aydın təqdim etməsi və daxil olan müraciətləri sistemli idarə etməsi üçün veb-saytlar və rəqəmsal iş mexanizmləri qururam.

Standart və şablon xidmət paketləri təklif etmirəm. Hər bir layihəni biznesinizin cari vəziyyətinə, gündəlik tələblərinə və real ehtiyaclarına uyğun fərdi şəkildə planlayır, yalnız sizə həqiqətən fayda verəcək alətləri tətbiq edirəm.

Müştəri necə qərar verir?
Müştəri sayta daxil olan kimi şirkətiniz haqqında ilk fikrini formalaşdırır. Dizayn, sürət, mobil görünüş və ümumi təqdimat ona bir mesaj verməlidir: “Bu şirkət işinə ciddi yanaşır.”
Yaxşı sayt müştərini düşündürməməlidir. Nə etdiyinizi, kimə kömək etdiyinizi və hansı problemi həll etdiyinizi qısa zamanda aydın göstərməlidir.
Müştəri yalnız gözəl dizayna görə qərar vermir. Aydın mətn, real struktur, səliqəli təqdimat, referanslar və güvən yaradan detallar onu sizə daha rahat yaxınlaşdırır.
Saytınız sizi rəqiblərlə müqayisədə daha ciddi, daha hazırlıqlı və daha uyğun seçim kimi göstərməlidir. Məqsəd sadəcə görünmək deyil, seçimdə üstünlük qazanmaqdır.
Ən vacib addım burada baş verir. WhatsApp, forma, zəng və ya konsultasiya yolu aydın görünəndə müştəri növbəti addımı rahat atır — müraciət itmir, proses sistemli başlayır.

Yerli bazarı anlayır, korporativ qərarvericilərlə işləməyi bilirəm.

Müştəri sayta daxil olanda sadə suallara cavab axtarır: bu şirkət nə edir, kimə kömək edir, işi nə dərəcədə ciddi görünür və onunla necə əlaqə saxlamaq olar. Saytı bu suallara aydın cavab verəcək şəkildə qururam.

smart waste logo
avista logo transparent 1
saglamdish logo
vk logo
• PROBLEM

Əsas problem saytın olması deyil — saytın biznesə fayda verməsidir.

Çox saytda dizayn var, amma mesaj aydın deyil. Səhifələr var, amma müştəri növbəti addımı bilmir. Anket var, amma müraciətlər itir və ya gec cavablanır. Nəticədə şirkət yeni sayt alır, amma gündəlik işində ciddi fərq hiss etmir.

Saytı “necə görünəcək?” sualından yox, “müştərini hansı qərara aparacaq?” sualından başlayıram.
!
Köhnə sayt etibar itirir
Şirkətiniz güclü olsa da, zəif sayt müştərinin gözündə sizi daha kiçik və qeyri-peşəkar göstərə bilər.
!
Xidmətlər aydın izah olunmur
Müştəri sayta daxil olanda nə təklif etdiyinizi 10 saniyədə anlamalıdır.
!
Sorğular sistemsiz gəlir
WhatsApp, anketlər, e-mail və CRM düzgün qurulmadıqda müraciətlər itir, gec cavablanır və komanda nəzarəti itirir.
!
SEO və texniki baza sonradan düşünülür
SEO sonradan “əlavə edilən” bir detal olmamalıdır. Saytın strukturu başlanğıcdan düzgün qurulmalıdır.

Bu təklif sadəcə “sayt istəyən” yox, saytından real fayda gözləyən şirkətlər üçündür.

Ən uyğun müştərilərimiz kiçik və orta bizneslər, B2B xidmət şirkətləri, korporativ tipli komandalar və satış prosesini daha səliqəli idarə etmək istəyən rəhbərlərdir.
01
Korporativ imicini gücləndirmək istəyən şirkətlər
Köhnə və ya zəif görünən saytını yeniləmək, şirkətini daha səliqəli təqdim etmək və müştəridə ilk baxışdan etibar yaratmaq istəyən bizneslər.
02
Daha keyfiyyətli müraciət almaq istəyən xidmət biznesləri
Saytın sadəcə məlumat verməsini yox, müştərini rahat şəkildə əlaqə, görüş və ya təklif sorğusuna aparmasını istəyən komandalar.
03
Satış prosesini nəzarətə almaq istəyən rəhbərlər
WhatsApp, form, e-mail, CRM və analitika ilə müraciətləri itirmədən izləmək istəyən şirkətlər.
04
Google, e-commerce və daha sistemli böyümə planlayan bizneslər
SEO, Google Ads, Google Maps, çoxdilli struktur, e-commerce və avtomatlaşdırma kimi əlavə rəqəmsal aktivlərə ehtiyacı olan şirkətlər.

Saytınız 3 işi birlikdə görməlidir: etibar yaratmaq, müraciət toplamaq və satış prosesini asanlaşdırmaq.

Bu yanaşma saytı sadəcə “online broşür” olmaqdan çıxarıb gündəlik satış və təqdimat prosesinizə kömək edən alətə çevirir.
1
Etibar
Müştəri sayta daxil olanda şirkətin ciddi, peşəkar və etibarlı olduğunu hiss etməlidir. Bunun üçün dizayn, mətn, struktur və sürət bir-birini tamamlamalıdır.
2
Sorğu
Sayt müştərini çaşdırmamalıdır. Növbəti addım — zəng, WhatsApp, forma və ya görüş — aydın görünməlidir.
3
Sistem
WhatsApp, əlaqə forması, CRM, analitika və e-mail inteqrasiyaları müraciətləri izləməyi və cavablandırmağı daha rahat edir.
• Tam Zəmanət

Təhvil zamanı narazılıq olarsa, tam razı qalana qədər düzəliş imkanı verirəm.

Mənim üçün layihənin sadəcə bitməsi kifayət deyil. Sayt biznesinizi düzgün təmsil etməli, əsas funksiyalar problemsiz işləməli və komandanız onun məntiqini rahat başa düşməlidir.
• PROSES
İş prosesi sizin üçün aydın, bizim üçün idarəolunan olmalıdır.
01
Müraciət və ilkin məlumat
Biznesiniz, məqsədiniz və ehtiyacınız haqqında qısa məlumat alıram.
02
Strategiya görüşü
Hədəf müştərinizi, xidmətlərinizi, rəqiblərinizi və satış prosesinizi birlikdə aydınlaşdırırıq.
03
Struktur və fərdi təklif
Səhifələr, funksiyalar, inteqrasiyalar və layihənin əsas prioritetləri müəyyən olunur.
04
Dizayn və hazırlıq
Korporativ üslubunuza, xidmətlərinizə və müştəri gözləntisinə uyğun sayt hazırlanır.
05
Test və təhvil
Mobil uyğunluq, formalar, linklər, sürət və əsas funksiyalar yoxlanılır.
06
Davamlı dəstək
Ehtiyac olduqda texniki nəzarət, SEO, Google Ads, CRM və digər istiqamətlərdə əməkdaşlıq davam edir.
Ən çox verilən suallar

Bu sualları ilkin görüşdə də rahat şəkildə müzakirə edirik. Məqsəd gözləntiləri əvvəlcədən aydınlaşdırmaqdır.

Bu, layihənin ölçüsündən, səhifə sayından, dizayn səviyyəsindən və funksionallıqlardan asılıdır. İlk görüşdən sonra daha dəqiq zaman planı təqdim olunur.
Hazır mətn və materiallarınız varsa, onlardan istifadə edə bilərik. Yoxdursa, sayt strukturuna uyğun başlıq, mətn və təqdimat məntiqi üzrə dəstək verə bilərik.
Sayt SEO əsasları nəzərə alınaraq qurulur. Davamlı Google nəticəsi üçün kontent, optimizasiya və zaman lazımdır. Ehtiyac olarsa, SEO ayrıca əməkdaşlıq kimi davam etdirilir.
Bəli. Texniki nəzarət, yeniləmələr, kiçik düzəlişlər və əlavə inkişaf işləri üzrə davamlı dəstək mümkündür.
Xeyr. CRM hər layihə üçün məcburi deyil. Amma çox sorğu alan və müraciətləri sistemli izləmək istəyən bizneslər üçün ciddi üstünlük yaradır.
Mütləq deyil. Əvvəlcə mövcud saytı analiz etmək lazımdır. Bəzən struktur, mətn və texniki düzəlişlər kifayət edir; bəzən isə biznes məqsədinə görə yenidən qurmaq daha doğru olur.

Saytınız şirkətinizi ya daha güclü göstərir, ya da potensial müştəridə tərəddüd yaradır.

Gəlin biznesiniz üçün hansı sayt strukturu, mesajlar və inteqrasiyaların daha doğru olduğunu birlikdə aydınlaşdıraq.